Bütün xəbərlər
Taxıl müqaviləsi daha 60 gün uzadıldı
Tarix: 17-05-2023 22:25 | Bölmə: Sosial


Taxıl müqaviləsinin müddəti 60 gün uzadılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Respublika başçısı Vladimir Putinə problemli məsələ ilə bağlı konstruktiv mövqeyinə görə təşəkkür edib. Ərdoğanın sözlərini Rusiya Xarici İşlər Nazirliyi də təsdiqləyib.
"Gəmilərimizin Nikolaev və Olvia limanlarından maneəsiz çıxması ilə bağlı rus dostlarından zəmanət aldıq. Türkiyə sövdələşmənin bütün şərtlərini yerinə yetirmək üçün əlindən gələni edəcək", - Türkiyə lideri bildirib.
Rusiya Xarici İşlər Nazirliyi də Qara dəniz təşəbbüsünün daha 2 ay uzadılmasını təsdiqləyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib: “Taxıl müqaviləsinin uzadılması faktiki olaraq qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasına kömək etmək şansı verir”.
İstanbul müqavilələri ötən ilin iyulunda bağlanıb. Rusiya üç Ukrayna limanından taxıl ixracı üçün dəhliz yaratmağa razılaşıb.
Öz növbəsində Qərb Moskvaya ərzaq və gübrə ixracına qoyulan məhdudiyyətləri aradan qaldıracağına söz verib. Düzdür, indiyədək dost olmayan ölkələr sözdən əmələ keçməyiblər.



Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər