Bütün xəbərlər
Twitter-in yeni rəhbəri təyin edilib
Tarix: 12-05-2023 21:33 | Bölmə: Sosial


Linda Iaccarino Twitter-in yeni baş direktorudur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu şirkətin hazırkı rəhbəri İlon Mask yazıb. O, özü altı həftə ərzində icraçı sədr və texniki direktor vəzifələrinə keçəcəyini vəd edib.
Linda Iaccarino əvvəllər NBC Universal media korporasiyasının satış direktoru vəzifəsində çalışıb. Mayın 12-də onun işdən çıxdığı məlum olub.
Xatırladaq ki, İlon Mask Twitter-i 2022-ci ilin oktyabrında 44 milyard dollara alıb. Bundan sonra o, şirkətin idarəçiliyini tamamilə əlindən aldı və şirkətin yeganə rəhbəri oldu.


Baxış sayı: 217


Bölməyə aid digər xəbərlər