Bütün xəbərlər
Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyada "Gənc Heydərçilər" sırasına qəbul tədbiri keçirildi
Tarix: 09-05-2023 22:03 | Bölmə: Sosial

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyada "Gənc Heydərçilər" sırasına qəbul tədbiri keçirildi.
Sabaha-inamla.az xəbər verir ki, tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və Təhsil İdarəsinin əməkdaşları, YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev, Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Müşfiq Məmmədli, gimnaziyanın direktoru Nizami Əhmədov, gimnaziyanın pedaqoji kollekyivi, valideynlər və digər rəsmilər iştirak etdilər.
Tədbirdə iştirak edən qonaqlar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışdılar. Onun ordumuzun peşakarlıq və döyüş səviyyəsinin yüksəldilməsi, texniki təchizat imkanlarının artırılması yönündə tövsiyələrinin möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini xüsusi vurğuladılar. Ulu öndərin Azərbaycan təhsilinə verdiyi töhfə və onun miras qoyduğu təhsil ənənəsinin möhkəm təməlindən söz açan qonaqlar, bu gün də həmin təhsil ənənəsinin layiqincə davam etdiyini şagirdlərə çatdırdılar. Həmçinin qonaqlar "Gənc Heydərçilər"i təbrik edərək onların ümummilli liderin adına layiq vətandaşlar kimi böyüməsini arzuladılar.

Sabaha-inamla.az
















Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər