Bütün xəbərlər
Paralimpiyaçıların növbəti uğuru
Tarix: 06-05-2023 00:36 | Bölmə: Sosial

Almaniyanın Hannover şəhərində keçirilən güllə atıcılığı üzrə Beynəlxalq turnirdə iştirak edən Milli Paralimpiya yığma komandasının üzvü, Sumqayıt idmançısı Kamran Zeynalov odlu silahdan (tapança) 50 metrəyə atışın fərdi yarışında gümüş, komanda (kişi və qadın) yarışında 50 metrəyə atışda bürünc, miks komanda növündə (kişi və qadın) pnevmatik tapançadan 10 metrəyə atışda gümüş medal qazanmışdır.

Sabaha-inamla.az-a Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən verilən məlumata görə, kişilərdən ibarətkomanda yarışında isə Kamran Zeynalov və Rafiq Əliyevpnevmatik tapançadan 10 metrəyə atışda gümüş medala sahib olmuşlar. İdmançıların hər ikisi yüksək nəticə göstərərək 17-29 sentyabr 2023-cü ildə tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək Dünya çempionatında iştirak etmək üçün lisenziya əldə etmişlər.
İdmançılarımızı təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzu edirik!

İdmançıların məşqçisi müvafiq olaraq İradə Həşimova və Əfqan Əhmədovdur.




Baxış sayı: 300


Bölməyə aid digər xəbərlər