Bütün xəbərlər
Novak: "Rusiya İranda dəmir yolunun bir hissəsini tikəcək"
Tarix: 03-05-2023 21:55 | Bölmə: Sosial


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya və İran may ayında İranda Rəşt-Astara dəmir yolu hissəsinin tamamlanması ilə bağlı saziş imzalaya bilərlər, bu barədə Qafqaz İnvestisiya Sərgisi çərçivəsində baş nazirin müavini Aleksandr Novak bildirib.
"Biz İran səfiri (İranın Rusiyadakı səfiri Kazem Cəlali - red. qeyd) ilə Rəşt-Astara dəmir yolu hissəsinin tamamlanması ilə bağlı ikitərəfli sazişin imzalanmasını müzakirə etdik. Ümid edirəm ki, may ayında bunu edəcəyik, çünki razılaşdıq. Hər şey üzrə koordinasiya prosedurları gedir.Bu, çox mühüm addımdır, biz uzun müddətdir ki, buna doğru gedirik, bu, bizə Rusiya və İranın infrastrukturunu birləşdirməyə imkan verəcək”, - deyə, Novak bildirib.
Cəlali daha əvvəl qeyd edib ki, Tehran yaxın vaxtlarda Rəşt-Astara dəmir yolu hissəsinin tamamlanması ilə bağlı Rusiya ilə müqavilə imzalamaq və tikintiyə başlamaq niyyətindədir.
"Şad xəbəri çatdırmalıyam ki, yaxın vaxtlarda biz Rusiyanın köməyi ilə Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalayacağıq. Və biz bu layihəni praktiki müstəviyə çevirəcəyik. Hesab edirəm ki, üç- dörd ay ərzində , ən çoxu oktyabr ayına qədər biz ITC “Şimal-Cənub” dəhliz layihəsini həyata keçirməyə başlayacağıq”, - deyə, Cəlali Qafqaz İnvestisiya Sərgisində bildirib.

ITC "Şimal-Cənub" Rusiyanı Xəzər hövzəsi, Fars körfəzi, Mərkəzi, Cənubi və Cənub-Şərqi Asiya ölkələri ilə birləşdirir.



Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər