Bütün xəbərlər
Dünya Bankının yeni prezidenti seçildi
Tarix: 03-05-2023 21:38 | Bölmə: Sosial


“Mastercard”ın keçmiş baş direktoru Ajay Banqa Dünya Bankının yeni prezidenti seçilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə DB-nin mətbuat xidmətinin mayın 3-də yaydığı məlumatda deyilir.
“Dünya Bankının İcraçı Direktorları Ajay Banqanı 2023-cü il iyunun 2-dən başlayaraq beş il müddətinə Dünya Bankının prezidenti seçiblər”, - sənəddə deyilir.
Banqa 2007-ci ildən ABŞ vətəndaşı olan hind əsilli amerikalı iş adamıdır. Əvvəllər Citigroup bankında işləyib, 2010-2021-ci illərdə Mastercard-da işləyib, sonra General Atlantic-ə köçüb. 2020-ci ildə Beynəlxalq Ticarət Palatasının sədri seçilib, bu vəzifəni 2022-ci ilə qədər tutub.
2015-ci ilin fevralında ABŞ prezidenti Barak Obama Banqanı Prezidentin Ticarət Siyasəti və Danışıqlar üzrə Məsləhət Komitəsinə təyin etdi. 2020-ci ildə Banqa ABŞ-ın vitse-prezidenti Kamala Harrisin müşaviri olub.


Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər