Bütün xəbərlər
Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Tarix: 27-04-2023 20:13 | Bölmə: Sosial


Zaqatala rayon Uşaq İncəsənət Məktəbində aşkar edilmiş qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə,
araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.


Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər