22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
19:41 / 22-11-2026
Almaniya Avropanın hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı olduğunu etiraf edib
19:36 / 22-11-2026
Böyük Britaniyanın iddialarına görə, Vuçiç Tramp oteli ilə bağlı məmurları "axmaq" adlandırıb
19:32 / 22-11-2026
Böyük bir partiya siqaret qaçaqmalçılığında şübhəli bilinən şəxs həbs edilib
19:29 / 22-11-2026
Jirinovski Rusiya, Çin və ABŞ liderləri arasında görüşü proqnozlaşdırdı
19:26 / 22-11-2026
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19:21 / 22-11-2026
Otellər və suvenir mağazaları yanıb
19:17 / 22-11-2026
Böyük Britaniya bir sıra seçkilərdən sonra Avropa İttifaqı iflic vəziyyətinə düşə bilər, bəyan edib
16:55 / 21-11-2026
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü qeyd olunub - Fotolar
16:47 / 21-11-2026
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
16:36 / 21-11-2026
Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasında mühüm siyasi institut kimi formalaşıb-Könül Nurullayeva
12:27 / 20-11-2026
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
11:55 / 20-11-2026
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
11:48 / 20-11-2026
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
11:33 / 20-11-2026
Ağdamın gələcək inkişafında istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur”-Könül Nurullayeva
11:01 / 20-11-2026
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
17:42 / 19-11-2026
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
17:35 / 19-11-2026
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
16:44 / 19-11-2026
Lavrov Putin-Tramp görüşündə və üçtərəfli görüşdə atmosferi qiymətləndirdi
16:28 / 19-11-2026
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
“Heydər Əliyev və dini tolerantlıq” mövzusunda respublika elmi konfransı keçirilib
Tarix: 26-04-2023 21:04 | Bölmə: Sosial

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Heydər Əliyev və dini tolerantlıq” mövzusunda respublika elmi konfransı təşkil edib.
Bu barədə Sabaha-inamla.az-a İlahiyyat İnstitutundan bildiriblər.
Bildirilib ki, konfransın plenar iclasında açılış nitqi ilə Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov çıxış edib. Bildirib ki, ümummilli lider Heydər Əliyev hakimiyyəti dövründə düşmən qüvvələrin dini zəmində pozuculuq fəaliyyətlərinə imkan verməyib. O, çoxmillətli, çoxkonfensiyalı Azərbaycanda tolerantlığın gözəl nümunəsinin əsasını qoyaraq, birgə mehriban yaşamağın mümkünlüyünü bütün dünyaya nümayiş etdirib.
M.Mürsəlov daha sonra qeyd edib ki, həm Azərbaycanda, həm də dünyanın bir çox ölkəsində Heydər Əliyevin din siyasətinə həsr edilmiş beynəlxalq konfranslarda məhz bu modelin elmi müzakirələrə səbəb olduğunu müşahidə edirik. M.Mürsəlov konfransda aparılan müzakirələrin elmin inkişafına müsbət töhfə verəcəyinə ümid etdiyini bildirib və konfransın işinə uğurlar arzulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlıçıxışında konfransın Heydər Əliyev irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malik olacağını bildirib. Qeyd edib ki, xüsusilə gənc nəslə Ulu Öndərin siyasi xəttinin çatdırılması baxımından bu cür konfransların keçirilməsi olduqca əhəmiyyətlidir.
Azərbaycanın müstəqillik tarixinə nəzər yetirən M.Qurbanlı Heydər Əliyev siyasi hakimiyyətə gələrkən Azərbaycanda hökm sürən total böhran vəziyyətdən, cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyətin mövcud olmasından danışıb. Bildirib ki, Ulu Öndərin hakimiyyətə gəlişindən sonra qısa zaman kəsiyində həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda, regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi, iqtisadi sahələrdə Azərbaycan milllətinin maraqlarına uyğun siyasət həyata keçirdi. Əlavə edib ki, Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlarından biri də cəmiyyətin vahidliyinin, bütövlüyünün təmin olunması, milli ideologiyanın sistem halında təqdim edilməsi idi. Ümummilli Liderin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub-saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir.
Ulu Öndərin əsasını qoyduğu bu nümunəvi modelin bu gün uğurla davam etdirilməsinin önəminə toxunan Komitə sədri vurğulayıb ki, ölkəmizdə yaşayan müxtəlif millətlərə və dinlərə mənsub insanların mədəni müxtəlifliyinə, birgəyaşayış qaydalarına, onların inkişafı və harmonizasiyasına dövlət səviyyəsində qayğı göstərilir. Ölkəmiz hər zaman sülhsevər dövlət kimi dünyaya multikultural dəyərlərini, tolerant mühiti ilə özünün xoşməramlı mesajlarını göndərir. Bütün dinlərin və etnik qrupların nümayəndələrinin birgə yaşaması və ölkəmizin uğurlu inkişafına birgə töhfələr mövcud mühitin təzahürüdür.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdıqlarını qeyd edən Komitə sədri ölkəmizdə dövlət-din münasibətləri, tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verib.
Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri Nicat Məmmədlimüstəqil Azərbaycan Respublikasının formalaşmasında, xüsusilə də dini tolerantlığın dövlət siyasətinə çevrilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz rolunu vurğulayıb. O bildirib ki, Ümummilli Lider çıxışlarında hər zaman dini tolerantlığın bizim milli-mənəvi dəyərlərimizi özündə əks etdirdiyini vurğulayırdı. N.Məmmədli konfransda dəyərli məruzələrin olacağını nəzərə çatdıraraq, tədbirin işinə uğurlar arzulayıb.
Millət vəkili Ceyhun Məmmədov konfrans iştirakçılarını salamladıqdan sonra qeyd edib ki, Azərbaycan tarixən müxtəlif dinlərin sülh və anlaşma şəraitində yaşadığı məkan olub. Millət vəkili bildirib ki, İslam dini insanları digər dinlərə qarşı hörmətli, tolerant olmağa dəvət edir. Azərbaycanın müxtəlif sferalarda güclü sınaqlarla qarşı-qarşıya qaldığı bir zamanda,ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərinin tənzimlənməsindədə mühüm hadisələrin baş verdiyini diqqətə çatdırıb. C.Məmmədov qeyd edib ki, məhz bu siyasətin nəticəsidir ki, hazırda bu tədbirdə yəhudi, xristian və İslam dininin nümayəndələri birlikdə iştirak edirlər.
C. Məmmədov daha sonra bldirib ki, 1995-ci ildə qəbul etdiyimiz Konstitusiyamızdabütün dinlərin qanun qarşısında bərabər olduğu təsbit olunmuşdur. Ulu öndər Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən dövlət-din münasibətlərinin tənzimlənməsi, eyni zamanda, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm addımlar atıldığını görürük.
Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvü, Bakı Dövlət Universitetinin (BDU) professoru Şahlar Əsgərovdahi liderin xalqımızın milli və dövlətçilik maraqlarının təmin olunmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərini xatırladıb. Üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərib xalqımızı vətəndaş müharibəsindən, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardığını, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olduğunu vurğulayıb.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevqeyd edib ki, müasir Azərbaycanın qurucusu və memarı olan ulu öndər Heydər Əliyev güclü dövlət yaratmağa müvəffəq olmuşdur. M.Yevdayev bildirib ki, dahi rəhbər Dövlət Konstitusiyasının qəbuluna, dövlət dilinin qorunub-saxlanılmasına, iqtisadiyyatın gücləndirilməsinə, Əsrin müqaviləsinin reallaşdırılmasına, daxili və xarici siyasətin prioritetlərinin müəyyənləşdirilməsinə, milli-mədəni problemlərlə yanaşı, azərbaycançılıq ideologiyasının hazırlanmasına, digər təxirəsalınmaz və taleyüklü məsələlərin həllinə nail olmuşdur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənovtədbir iştirakçılarını salamladıqdan sonra, dəvətə görə Aİİ rəhbərliyinə təşəkkür edib. Heydər Əliyevin çoxşaxəli siyasətinin araşdırıması baxımından bu cür konfransların keçirilməsinin əhəmiyyətini nəzərə çatdırıb. Dahi rəhbərinhüquq quruculuğu, neft-qaz istiqamətində, iqtisadiyyat, din, tolerantlıq və multikulturalizm sahələrində həyata keçirdiyi islahatların bugünkü həyatımıza müsbət mənada təsirini vurğulayıb. İcraçı direktor Heydər Əliyevin hakimiyyətdə olduğu bütün illərdə din sahəsində gördüyü işləri diqqətə çatdırıb, xüsusilə multikulturalizm və tolerantlıq ənənələrinin əsasının onun tərəfindən qoyulduğunu və cənab Prezident İlham Əliyev tərəfindən bu gün layiqli şəkildə davam etdiyinideyib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru Mehman İsmayılov qonaqları salamlayaraq, konfransın işinə uğurlar arzulayıb. Azərbaycan dövlətinin qurulmasında Ulu Öndərin xidmətlərini xüsusi vurğulayaraq, bugün tolerant cəmiyyətdə yaşadığımıza görədahi rəhbərə minnətdar olduğumuzu söyləyib.
Konfransın panellərində“Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik”; “Tolerantlıq və multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi kimi”; “Heydər Əliyev və Azərbaycanda din siyasətinin prioritetləri”; “Dünyada dövlət-din münasibətləri modelləri”; “Ümummilli Lider və Azərbaycanın müsəlman Şərqi siyasətinin prioritetləri”; “Qloballaşan dünyada dinlər və mədəniyyətlərarası dialoq”; “Ekstremizm, terrorizm və radikalizmlə mübarizədə din təhsilinin əhəmiyyəti”; “Heydər Əliyevin siyasətində mənəvi dəyərlər və milli ləyaqət anlayışı”; “Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu”; “Heydər Əliyevin siyasətində dünyəvilik və mənəvi dəyərlərin qorunması”; “Heydər Əliyevin milli-mənəvi dəyərlərə dair siyasi kursunun istiqamətləri”; “Heydər Əliyev və gənclər arasında milli-mənəvi dəyərlərin təbliği”; “Azərbaycanda tarixi, mədəni və dini abidələrinin qorunub-saxlanılması və bərpasında Ulu Öndərin rolu”; “Ümummilli Liderin milli-mənəvi və dini dəyərlərə dair siyasi irsinin davam etdirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu” mövzularında məruzələr dinlənilib.
Sabaha-inamla.az

Baxış sayı: 483
Bölməyə aid digər xəbərlər

Dünən, 22:27
Dağ aşırımında dörd qadın turist itkin düşüb
Dünən, 19:21
Otellər və suvenir mağazaları yanıb
21-11-2026, 16:47
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
20-11-2026, 11:01
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
19-11-2026, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb
25-10-2026, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü
24-10-2026, 09:57
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
22-10-2026, 16:42
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
22-10-2026, 16:38
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
19-10-2026, 18:30
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18-10-2026, 21:52
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi