22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan təhsil müəssisələrində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Tarix: 25-04-2023 13:55 | Bölmə: Sosial


Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin vəzifəli şəxsləri tərəfindən dövlət vəsaitlərinin idarə olunması ilə bağlı qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə,
araşdırma zamanı həmin Agentliyin tabeliyində olan ayrı-ayrı peşə məktəblərinin vəzifəli şəxsləri tərəfindən dövlət büdcəsi vəsaitlərinin əmək haqqı və digər ödənişlər adı ilə qanunsuz olaraq müxtəlif şəxslərin bank hesablarına köçürülməsinə və bununla da, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.



Baxış sayı: 227


Bölməyə aid digər xəbərlər
Bu gün, 22:26 Bu da xatirə - Fotosu