Bütün xəbərlər
“Henkel” Rusiyada biznes satışı haqqında müqavilə imzalayıb
Tarix: 20-04-2023 21:54 | Bölmə: Sosial


Almaniyanın "Henkel" şirkəti Rusiyadakı aktivlərini Augment Investments, Kismet Capital Group və Elbrus Services-in daxil olduğu yerli maliyyə investorlarından ibarət konsorsiuma verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Henkel"-in cümə axşamı dərc edilən mesajında deyildiyi kimi, sövdələşmə 54 milyard rubl təşkil edib. Satış qərarı şirkət rəhbərliyi bir il əvvəl verib.
Artıq dövlət orqanlarından bütün lazımi icazələr alınıb. TASS aydınlaşdırır ki, sövdələşmənin bağlanması yaxın vaxtlarda gözlənilir.



Baxış sayı: 218


Bölməyə aid digər xəbərlər