Bütün xəbərlər
İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində və Uşaq Poliklinikasında yaradılan şəraitlə tanış olublar
Tarix: 19-04-2023 01:02 | Bölmə: Sosial

İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində və Uşaq Poliklinikasında yaradılan şəraitlə tanış olublar


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.
Sabaha-inamla.az  xəbər verir ki, səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma Doğum Evində və Uşaq Poliklinikasında yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, xəstəxananın bina və qurğuları 3,94 hektar sahədə inşa edilib, tikililərin ümumi sahəsi 16 min 472 kvadratmetrdir.
Qeyd edildi ki, binada əsaslı təmir işlərinə 2019-cu ildə başlanılıb və 2022-ci ildə başa çatdırılıb.
Xəstəxana Doğum Evi, Uşaq Poliklinikası, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu xəstəliklər korpusu, Patoloji Anatomiya binası, digər tikili və qurğulardan ibarətdir.
Müalicə ocağı müasir tələblərə cavab verən Rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rentgen (vizioqraf ilə birlikdə) və rəqəmsal stasionar exokardioqraf cihazı ilə təchiz olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər mühüm işlər görülüb. Bu sahədə aparılan davamlı islahatlar sayəsində ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti və səviyyəsi də yüksəlib. Bu istiqamətdə görülən işlər vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır.

Sabaha-inamla.az











Baxış sayı: 246


Bölməyə aid digər xəbərlər