22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb
Tarix: 12-04-2023 14:21 | Bölmə: Sosial

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublika tabeli şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Sabaha-inamla.az-a Baş Prokurorluqdanverilən məlumayta görə,
Məlumata görə, araşdırmalar zamanı Xaçmaz, Bərdə və Bakı şəhərinin Suraxanı rayonu ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 42 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 36 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.



Baxış sayı: 213


Bölməyə aid digər xəbərlər
Bu gün, 22:26 Bu da xatirə - Fotosu