Bütün xəbərlər
Baş Prokurorluğun idarələrindən biri yenidən təşkil olunub
Tarix: 04-04-2023 22:43 | Bölmə: Sosial


Azərbaycan Respublikası Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi yenidən təşkil olunub.
Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən idarənin tərkibində yeni şöbə Sənəd dövriyyəsinin təşkili şöbəsi yaradılıb. Bununla da, qeyd olunan idarədə olan şöbələrin sayı 3-ə çatdırılıb. Yeni yaradılan şöbəyə rəis İsmayıl Ağayev təyin olunub. Qeyd edək ki bu təyinata qədər İsmayıl Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru vəzifəsində çalışıb.
Bundan başqa Baş prokurorun digər müvafiq əmrilə Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini- Statistika şöbəsinin rəisi vəzifəsinə Hümbətov Elnur Akif oğlu təyin olunub.


Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər