Bütün xəbərlər
Sumqayıt boksçuları beynəlxalq turnirin qızıl və iki bürünc medalına sahib olublar
Tarix: 02-04-2023 21:24 | Bölmə: Sosial


28 mart - 01 aprel 2023-cü il tarixlərində Bakı şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yeniyetmələr arasında boks idman növü üzrə beynəlxalq turnir keçirilib.
Sabaha-inamla.az xəbər verir ki, on bir ölkədən 100-dən artıq idmançının mübarizə apradığı mötəbər turnirdə milli yığma komandanın tərkibində çıxış edən Sumqayıt boks məktəbinin yetirmələri Sübhan Babayev (50 kq) qızıl,  Eldar Abdullazadə  (52 kq) və Rüstəm Neymətov (66 kq) yarışın bürünc medallarına sahib olublar.
İdmançıların məşqçiləri müvafiq olaraq Elbrus Rzayev, Eldar Əbilov və Rüfət Aslanovdur.
İdmançılarımızı təbrik edir və gələcək yarışlarda uğurlar arzu edirik!
Sabaha-inamla.az





Baxış sayı: 184


Bölməyə aid digər xəbərlər