22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Olimpiadada qalib olan 17 nəfərdən 3-ü TETG şagirdləri olub
Tarix: 30-03-2023 22:17 | Bölmə: Sosial


Sumqayıt Dövlət Universitetində Beynəlxalq Riyaziyyat gününə həsr olunmuş Riyaziyyat üzrə fənn olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Sabaha-inamla.az xəbər verir ki, bu barədə Təbiət Elmləri Təmayüllü Gimnaziya məlumat yayıb.
Tədbirdə Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin dekanı dosent Xalidə Həsənova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndələri, Riyaziyyat fakültəsinin bir sıra əməkdaşları və olimpiadanın təşkilat komitəsinin üzvləri iştirak etdilər.
Riyaziyyat fənn olimpiadasına Sumqayıt şəhər ümumtəhsil məktəblərinin V-IX siniflərində təhsil alan 200-dən çox şagird qatılıb. Olimpiadada qalib olan 17 nəfərdən 3-ü TETG şagirdləri olmuşdur. 9d sinif şagirdi Orucov İsmayıl I yer, 8b sinif şagirdi Tarverdili Davud I yer, 5e sinif şagirdi Fətiyev Yusif II yeri tutmuşlar.

Şagirdlərimizi, onların valideynlərini və əziyyəti olan hər bir müəllimi təbrik edirik!
Sabaha-inamla.az







Baxış sayı: 284


Bölməyə aid digər xəbərlər
Bu gün, 22:26 Bu da xatirə - Fotosu