22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ümummilli Liderin 100 illiyi münasibətilə Ordubad rayonunda “Azərbaycan – Türkiyə ipək bağı” salınıb
Tarix: 29-03-2023 23:57 | Bölmə: Sosial

Martın 29-da Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşlığı çərçivəsində Ordubad rayonunun Əylis Düzü adlanan ərazisində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Azərbaycan – Türkiyə ipək bağı” salınıb.
Sabaha-inamla.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya, Naxçıvan Dövlət Universitetində təhsil alan türkiyəli tələbələr, eyni zamanda rayonda vaxtilə baramaçılıqla məşğul olan sakinlər Əylis Düzündə 1,2 hektar ərazidə yeni salınan bağda Türkiyədən gətirilmiş 600-dən artıq tut tingi əkiblər.
Səlahiyyətli nümayəndə rayonda vaxtilə baramaçılıqla məşğul olan sakinlərlə söhbət edib, xatirə şəkli çəkdirilib.
Tut tinglərinin əkilməsində məqsəd gələcəkdə muxtar respublikada baramaçılığın inkişaf etdirilməsinə töhfə verməkdir.







Baxış sayı: 237


Bölməyə aid digər xəbərlər
Bu gün, 22:26 Bu da xatirə - Fotosu