22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Rusiya və Misir nüvə stansiyaları, taxıl və Rusiya sənaye zonasını müzakirə ediblər
Tarix: 19-03-2023 20:03 | Bölmə: Sosial


Bazar günü, martın 19-da Misir prezidenti Əbdülfəttah əs-Sisi Rusiya baş nazirinin müavini, Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş zamanı aktual məsələlər müzakirə olunub.
Rusiya investisiyalarının inkişafına, Misirdə birgə layihələrə, Süveyş kanalının iqtisadi zonasında Rusiya sənaye zonasının yaradılmasına diqqət yetirilib. Tərəflər, həmçinin hazırkı qlobal böhran fonunda taxıl və ərzaq təchizatı sahəsində əməkdaşlığı müzakirə ediblər.
Söhbət zamanı qeyd olunub ki, Ed-Dabaa AES-in tikintisi qrafiki qabaqlayır.
Denis Manturov yaxın vaxtlarda Avrasiya İqtisadi İttifaqı ilə Misir arasında azad ticarət zonası haqqında sazişin bağlanacağına ümid etdiyini bildirib.



Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu