22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Muğanbank” ASC-nin Mingəçevir şəhər filialında yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb
Tarix: 18-03-2023 01:14 | Bölmə: Sosial


“Muğanbank” Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialında yol verilmiş qanun pozuntuları barədə şəhər prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan məlumat veriblər.
Məlumata görə, araşdırma zamanı sabiq filial direktoru Vüqar Əsgərovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona etibar olunan xeyli miqdarda pul vəsaitini mənimsəməsi və rəsmi sənədlərin məzmununa yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.



Baxış sayı: 213


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu