Bütün xəbərlər
Ölkə rəhbərinin bu dəfəki səfərini iqtsadi baxımdan xüsusi ilə qiymətləndirmək lazımdır-Müşfiq MƏMMƏDLİ
Tarix: 16-03-2023 13:44 | Bölmə: Sosial


Bu günlərdə Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə Azərbaycan prezidenti cənab İlham Əliyev Berlinə rəsmi səfər etdi. Ölkə rəhbərinin bu dəfəki səfərini iqtsadi baxımdan xüsusi ilə qiymətləndirmək lazımdır. Ümumilikdə Avropanın enerji təminatçısı kimi özünü təsdiq etmiş Azərbaycanın bundan sonrakı plan və layihələri haqda cənab prezident keçirdiyi görüşlərdə müfəssəl şəkildə məlumat verdi. Gələcəkdə təkcə neft və qaz məhsulları deyil, həmçinin yaşıl enerji ixracatçısı kimi özünü təsdiq edəcəyini qəti şəkildə vurğuladı. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərimizin bu potensialı yüksəkdir yaxın illərdə Prezidentin bildirdiyi fikirləri real şəkildə şahidi olacağımıza əminik. Azərbaycan dövləti son illərdə istər azad olmuş torpaqlarımızda abadlıq quruculuq işləri baxımından, istər xarici siyasət, iqtisadi əlaqələrin möhkəmlənməsi, istərsə də yeni layihələrin həyata keçirilməsi baxımından mütəşəkkil və operativ şəkildə fəaliyyət göstərir. Məhz bu fəaliyyətin nəticəsidir ki, son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Təbii ki, bu göstəricilər ölkə rəhbəri cənab İlham Əliyevin müdrik siyasəti və dəqiq idarəetməsi sayəsində əldə olunan uğurlardır.

Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin üzvü


Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər