22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Gənclər təşkilatlarının pr menecerləri üçün növbəti təlim keçirilib
Tarix: 16-03-2023 12:29 | Bölmə: Sosial


Medianın İnkişafı Agentliyi, Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə həyata keçirilən "Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində gənclər təşkilatları üçün ikinci təlim baş tutub.
Medianın İnkişafı Agentliyindən Sabaha-inamla.az-a verilən məlumata görə Rəqəmsal Marketinq eksperti Samir Mehdiyevin iştirakı ilə keçirilən təlim zamanı gənclər təşkilatlarının PR menecerləri ilə birlikdə “Sosial media bizə nə verir?”, “Sosial medianın ənənəvi mediadan üstünlükləri”, “Sosial media hesablarında düzgün reklamı necə verək”, “Targetinq nədir?” kimi suallara cavab tapılıb, maraqlı məqamlar ətrafında geniş müzakirələr aparılıb.










Baxış sayı: 223


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu