22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Hindistan Rusiya neftinin qiyməti ilə bağlı tavanı pozmayacaq
Tarix: 12-03-2023 23:23 | Bölmə: Sosial


Hindistan hakimiyyəti ölkənin banklarına və treyderlərinə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara, o cümlədən Rusiya neftinin tədarükünün qiymətlərinin yuxarı həddinə riayət etmək tələbi ilə müraciət edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Bloomberg” öz adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Hindistan nümayəndələri “G20”yə üzv ölkələrin xarici işlər nazirlərinin ABŞ və digər G7 ölkələrinin nümayəndə heyətləri ilə Yeni Dehlidə bu yaxınlarda keçirilən görüşü çərçivəsində “geniş söhbətlər” aparıblar. "Bloomberg" qeyd edir ki, sonuncular Hindistanın bağladığı sövdələşmələrin xarakterindən razı qalıblar.
Hindistan Çin və ABŞ-dan sonra dünyada üçüncü ən böyük xam neft idxalçısıdır və onu Rusiyadan aktiv şəkildə alır. 2022-ci ilin sonuna qədər gündəlik alışlar təxminən 1 milyon barel təşkil edib ki, bu da onların ümumi həcminin 20%-dən çoxunu təşkil edib.
Bu arada, Rusiya neftinin barel üçün 60 dollar səviyyəsində tavan qiymət tətbiqindən sonra Yeni Dehli bu tədbiri dəstəkləməyib. Respublikanın neft və qaz naziri Hardeep Singh Puri-nin sözlərinə görə, neft “heç bir ölkənin damğasına malik deyil”. O qeyd edib ki, Hindistan öz enerji təhlükəsizliyini təmin etmək üçün müstəqil siyasət yürütməyə davam edəcək, TASS yazır.
Hindistan Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, Rusiya Hindistanın ən böyük ticarət tərəfdaşları arasında ilk beşliyə daxil olub. Ölkələr arasında ticarət dövriyyəsi 13,1 milyard dollardan 39,8 milyard dollara yüksəlib.



Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu