Bütün xəbərlər
"Kitablarda Özünü Tap" layihəsi keçirilidi - FOTOLAR
Tarix: 11-03-2023 17:52 | Bölmə: Sosial





 "Kitablarda Özünü Tap" layihəsi keçirilib. 
Sabaha-inamla.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun "İdeyanı Reallaşdır 2022" Fərdi Qrant müsabiqəsinin Ana dili gününə həsr olunmuş "Kitablarda Özünü Tap" layihəsini həyata keçirilib. Layihədə kitabların sərgisi və intellektual oyun baş tutub. 
Azərbaycan Regional İnkişaf İctimai Birliyi, Şamaxı Rayon Gənclər İnkişaf və Kariyera Mərkəzinin tərəfdaşlığı ilə baş tutan layihənin intellektual yarışında "Diplomat" qrupu qalib oldu. Qaliblərə müxtəlif bədii kitablar hədiyyə olundu. Kitabların sərgisi isə könüllülər tərəfindən həyata keçirildi. Hər bir könüllü sertifikatla təltif edildi.
Layihənin keçirilməsində məqsəd kitabların Ana dilimizin inkişafında rolunu anlatmaq , gənclərin özünüifadə bacarığının daha çox təkminləşməsinə şərait yaratmaq, gənclərin vaxtını səmərəli şəkildə keçirilməsinə şərait yaratmaqdır. 









Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər