22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb
Tarix: 08-03-2023 00:16 | Bölmə: Sosial

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 5 rayonunda ekoloji hüquqpozmalarla bağlı araşdırma aparılıb.
Baş Prokurorluqdan Sabaha-inamla.az-a verilən məlumata görə
araşdırmalar zamanı Tərtər, Bərdə, Zaqatala, Balakən və Bakı şəhərinin Qaradağ rayonu ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 198 ədəd ağacın torpaq sahəsini zəbt etməklə qanunsuz kəsilməsi nəticəsində təbiətə 76 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) 259.2.3, 259.2.4 (qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ağac kəsmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.



Baxış sayı: 220


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu