22:25 / 12-03-2026
Sinaqoqda atışma baş verib
Bütün xəbərlər
"YAŞAT" Fondu tərəfindən təhsil istiqaməti üzrə dəstək davam edir!
Tarix: 03-03-2023 12:07 | Bölmə: Sosial

"YAŞAT" Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin təhsil xərclərinin qarşılanması üzrə dəstək tədbirləri davam edir.
"YAŞAT" Fondundan Sabaha-inamla.az-a bildirilib ki, şəhidimiz Ruslan Tağıyevin övladı, İdrak Liseyinin 9-cu sinif şagirdi Fuad Tağızadənin 2 il ərzində tədris üzrə təhsil haqqı Fond tərəfindən ödənilib. Fuad, həmçinin 9-11-ci siniflər üçün təşkil edilmiş “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinin qalibi olub!
Eyni zamanda şəhidimizin digər oğlu Poladın və qızı Nurayın təhsil haqqları Fond tərəfindən qarşılanır.




Baxış sayı: 336


Bölməyə aid digər xəbərlər
16-02-2026, 15:19 10 canavar qeydə alınıb