Bütün xəbərlər
Sumqayıtda “Gənc İxtiraçılar Laboratoriyası” davam edir
Tarix: 01-03-2023 22:24 | Bölmə: Sosial

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt Tələbələri İctimai Birliyi tərəfindən Gənclər Fondunun XVI qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş “Gənc İxtiraçılar Laboratoriyası” layihəsinin növbəti təlimi keçirilib.
Sumqayıt Tələbələri İctimai Birliyindən Sabaha-inamla.az-a verilən məlumata görə, 28 fevral 2023-cü il tarixində Sumqayıt Tibb Kollecində keçirilən IV təlimdə ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən, Gənclər Fondunun və İctimai Birliyin fəaliyyətindən danışılmış, Fondun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc İxtiraçılar Laboratoriyası” layihəsinin məqsəd və vəzifələri, icrasından gözlənilən nəticələr haqqında iştiraklara məlumatlar verilmişdir.
Daha sonra beynəlxalq dərəcəli təlimçi Ramil Süleymanov tərəfindən robot texnologiyaları, mühəndislik və kod tədrisi, İKT sahəsində mühəndislik bacarıqları, müasir texnoloji ixtiraçılıq istiqamətində biliklər iştirakçıların diqqətinə çatdırılmış, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
Təlimdə Sumqayıt Tibb Kollecinin tələbələrindən ibarət 30 gənc iştirak etmiş, onları maraqlandıran sullar cavablandırılmış və sertifikatlar təqdim edilmişdir.








Baxış sayı: 285


Bölməyə aid digər xəbərlər