Bütün xəbərlər
Deputat “Muğan Ağır Atletika” Klubu barədə yazıb
Tarix: 28-02-2023 20:57 | Bölmə: Sosial


Deputat Kamal Cəfərov təşəbbüsü ilə yaradılmış  “Muğan Ağır Atletika” Klubu barədə sosial şəbəkədə yazıb. Sabaha-inamla.az deputatın həmin yazısını diqqətə çatdırır: "Təşəbbüsümüzlə fəaliyyət göstərən “Muğan Ağır Atletika” Klubunda 7-14 yaş arası atletlər arasında ağır atletika çempionatı keçirildi. Gənc atletlərin çempionatdakı göstəriciləri “Sinkler” metodu ilə hesablandı və qaliblər müəyyənləşdirildi.
“Muğan Ağır Atletika” Klubu Azərbaycanda ağır atletika klubları arasında ən effektiv fəaliyyət göstərən klublardan biri hesab edilir.
Cənab Prezident İlham Əliyevin tövsiyyəsinə uyğun olaraq “Muğan Ağır Atletika” Klubu tərəfindən gənclər arasında düzgün seleksiya işləri aparılmış və Sabirabad ağır atletika məktəbinin təməli qoyulmuşdur.
Klubun hazırkı fəaliyyəti ilə Sabirabad rayonunda ağır atletika idman növü daha da inkişaf etdirilir və potensial Azərbaycan, Avropa və Dünya çempionları yetişdirilir".










Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər