22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Türkiyədə zəlzələdən zərər çəkənlər üçün Bakıda yarmarka təşkil olunub
Tarix: 25-02-2023 19:33 | Bölmə: Sosial

     Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarmarkada Bakıda yaşayan azərbaycanlı və türkiyəli qadınların hazırladıqları yemək və içkilər AFAD-a ianə olunmaq üçün satışa çıxarılıb.
    Sabaha-inamla.az sosial şəbəkəyə istinadən xəbər verir ki, Yarmarkanın açılışına Şimali Kipr Türk Respublikasının (KKTC) Bakı nümayəndəsi Ufuk Turqaner, millət vəkili Vüqar İsgəndərov, iş və incəsənət aləmindən xeyli sayda vətəndaş qatılıb. Açılışda Türkiyənin Bakıdakı səfiri Cahit Bağcının həyat yoldaşı Leyla Bağcı da iştirak edib.
    Leyla Bağcı mətbuat mənsublarına Azərbaycanın zəlzələdən zərər çəkənlərə göstərdiyi yardımdan sevindiyini və duyğusal olduğunu bildirib.
   Bağcı buradakı insanların Azərbaycan və Türkiyə arasında birliyi və dostluğu təmsil etdiyini bildirərək, yarmarkanın təşkilatçılarına və yardımsevər qadınlara təşəkkürünü bildirib.
    Millət vəkili İsgəndərov Türkiyəyə yardımın Azərbaycan xalqının istəyi olduğunu da ifadə edib.
V.İsgəndərov deyib ki, "Azərbaycanlılar Türkiyədə baş verən zəlzələni öz evlərində hiss ediblər. Qardaşımızın evində baş verən bu acı bizim evdə də yaşanıb. Azərbaycan xalqı yeddidən yetmişə bu əzabların bir az da olsa yüngülləşdirilməsi üçün öz dəstəyini əsirgəmir. Türk milləti böyük millətdir və bu ağrının öhdəsindən gələcək".
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının prezidenti Sekine Babayeva zəlzələdən zərərçəkmiş qardaşlarına kömək etmək niyyətində olduqlarını bildirib.
Babayeva, "Bizim bir məqsədimiz var. Acımız olan Türkiyənin əzablarını aradan qaldırmalıyıq. Ayağında ayaqqabısı, dincəlməyə evi olmayanlara az da olsa yardım etsək, xoşbəxt olmasalar da, yanlarındaymış kimi hiss edərik" deyib.

Sabaha-inamla.az









Baxış sayı: 223


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu