Bütün xəbərlər
Regional Azərbaycan Kuboku layihəsinin seçim turları keçirilib
Tarix: 25-02-2023 17:39 | Bölmə: Sosial


Artıq ölkədə ikinci dəfə həyata keçirilən Regional Azərbaycan Kuboku layihəsi 4 regional zonanı əhatə edən seçim mərhələsi uğurla yekunlaşıb. 
İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyindən

Sabaha-inamla.az-a verilən məlumata görə Region gəncləri arasında təşkil edilən layihənin məqsədi gənclərin fundamental inkişafına xidmət edərək onların intellektual düşüncəsinin, bilik və bacarıqlarının artırılması, ölkə miqyaslı yarışlara hazırlıq, vətənpərvərlik hislərinin intellekt yolu ilə təbliği və gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə onları pis vərdişlərdən kənar tutmaq olub.
Şamaxı, Ağsu, Qəbələ və Ağdaş şəhərinin gəncləri arasında təşkil edilən layihədə ümumilikdə 58 komanda final uğrunda mübarizə aparıb. Azərbaycançılıq, tarix, mədəniyyət, Qarabağ, Vətən müharibəsi kimi mövzulardan olan suallar iştirakçıların marağına səbəb olub. Hər regional seçim turunun ən çox xal toplayan komandaları layihənin final mərhələsinə vəsiqəni təmin edib. Ümumilikdə Azərbaycanın 13 regionundan ən güclü 16 komanda 04 mart 2023-cü il tarixində Gənclər Paytaxtı olan Mingəçevir şəhərində Azərbaycan Kuboku uğrunda mübarizəyə başlayacaqlar. Qaliblər təşkilatçılar tərəfindən kubok, medal, sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin təşkilatçılığı və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir













Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər