Bütün xəbərlər
Gömrük əməkdaşları üçün təlimlər keçirilib
Tarix: 25-02-2023 13:03 | Bölmə: Sosial



Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi əməkdaşları üçün etik davranış qaydalarının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində məlumatlılıqlarının artırılması, fəaliyyət istiqamətləri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlimlər keçirilib.
Dövlət Gömrük Komitəsindən Sabaha-inamla.az-a verilən məlumata görə təlimlərdə gömrük əməkdaşlarına Virtual Reallıq Proqramından istifadə qaydaları, Korrupsiya və onunla mübarizə sahəsində milli və beynəlxalq təcrübə, bəyanetmə və rəsmiləşdirmə, etik davranış, əqli mülkiyyət mövzularında təqdimatlar nümayiş etdirilib, müzakirələr aparılıb.
2 gün davam edən təlimlərdə ərazi və ixtisaslaşmış gömrük orqanlarında xidmət edən 130-dan çox gömrük əməkdaşı iştirak edib.

Sabaha-inamla.az


Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər