Bütün xəbərlər
Adil Əliyev doğum günündə şəhidin ailəsini ziyarət edib
Tarix: 25-02-2023 00:10 | Bölmə: Sosial


Milli Məclisin sədr müavini Adil Əliyev doğum günündə şəhidin ailəsini ziyarət edib.
Sabaha-inamla.az xəbər verir ki, Adil Əliyev özü bu barədə soial şəbəkədə yazıb. Həmin yazını diqqətə çatdırırıq:
"Şəhid ailələri, qazilər ilə birlikdə şəhidimiz Muxtar Qasımlının doğum günündə ailəsini ziyarət etdik. Şəhid Muxtar Qasımlı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun tərkibində Vətən müharibəsində iştirak etmişdir. Öz döyüş yoldaşları ilə bərabər, Vətən müharibəsində şücaət göstərən Muxtar Qasımlı 2 oktyabr tarixində qəhrəmancasına şəhid olmuşdur. Ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Muxtar Qasımlı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Qəhrəmanlarımızın qanları hesabına düşmən işğalından azad edilmiş tarixi torpaqlarımızda bu gün üçrəngli Azərbaycan bayrağı böyük məğrurluqla dalğalanır. Allahdan şəhidlərə rəhmət, ailələrinə səbir, qazilərə şəfa diləyirəm. Xalqımız öz qəhrəmanlarını heç zaman unutmayacaqdır".
Sabaha-inamla.az







Baxış sayı: 198


Bölməyə aid digər xəbərlər