22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Misirin Qahirə Universitetində Azərbaycan dili dərslərinin tədrisinə başlanıldı
Tarix: 24-02-2023 11:46 | Bölmə: Sosial

Misirin Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin tədrisi bu il də davam etdirilir. Azərbaycan dilini tələbələrə Misirdə Azərbaycan diasporu və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Həmçinin gənclərə ölkəmizin zəngin mədəniyyəti, xalqımızın adət-ənənələri və Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verilir.
Seymur Nəsirov Sabaha-inamla.az-a bildirib ki, Universitetin 4-cü kursunda tədris olunan Azərbaycan dili dərslərində 250-ə yaxın tələbə iştirak edir. Dilimizi öyrənməyə böyük maraq göstərən gənclər onu daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı da müraciət ediblər.
S.Nəsirov bunun üçün bütün imkanların olduğunu bildirərək, yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələr üçün əlavə kursların təşkil ediləcəyini söyləyib.
Qeyd edək ki, diaspora mərkəzində Misirin müxtəlif universitetlərindən olan tələbələr Azərbaycancan dili dərslərində iştirak edir. Onların arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar da var. Eyni zamanda, hazırda diaspor mərkəzində dünyanın 41 ölkəsindən 450-ə yaxın tələbə Azərbaycan dili də daxil olmaqla, müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.
Qahirə Universitetində Azərbaycan dilinin tədrisi ilə bağlı xəbər, Misir, İordanya, İraq, Əlcəzair və digər ərəb ölkələrinin mətbuatında geniş şəkildə işıqlandırılıb.


Sabaha-inamla.az




Baxış sayı: 216


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu