Bütün xəbərlər
Sumqayıtda “Gənc İxtiraçılar Laboratoriyası”nın növbəti təlimi keçirilib
Tarix: 22-02-2023 12:58 | Bölmə: Sosial


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt Tələbələri İctimai Birliyi tərəfindən 21 fevral 2023-cü il tarixində Gənclər Fondunun XVI qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş “Gənc İxtiraçılar Laboratoriyası” layihəsinin növbəti təlimi keçirilib.
Sabaha-inamla.az xəbər verir ki, Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində keçirilən III təlimdə çıxış edən Sumqayıt Tələbələri İctimai Birliyinin idarə heyətinin üzvü Həsən Xıdırov Gənclər Fondunun və İctimai Birliyin fəaliyyətindən danışmış, Fondun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc İxtiraçılar Laboratoriyası” layihəsinin məqsəd və vəzifələri, icrasından gözlənilən nəticələr haqqında iştiraklara məlumatlar vermişdir.
Daha sonra beynəlxalq dərəcəli təlimçi Ramil Süleymanov tərəfindən İKT-dən istifadə üzrə hazırlıqların və elektron idarəçilik bacarıqlarının inkişaf etdirilməsi, robot texnologiyaları, mühəndislik, kod tədrisi və müasir texnoloji ixtiraçılıq istiqamətində biliklər iştirakçıların diqqətinə çatdırılmış, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
Təlimdə Peşə Təhsil Mərkəzinin tələbələrindən ibarət 30 gənc iştirak edib, onları maraqlandıran sullar cavablandırılıb və sertifikatlar təqdim edilib.











Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər