Bütün xəbərlər
Sumqayıtda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirildi
Tarix: 20-02-2023 22:49 | Bölmə: Sosial

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 17 fevral 2023-ci il tarixində Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa təşkil edilmişdir.
Sabaha-inamla.az xəbər verir ki? İştirakçılar ilk öncə Ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edən filmi izləmişlər.
Dəyirmi masa zalında davam edən tədbirdə Ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
   Tədbirdə çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov Ulu Öndər Heydər Əliyevin müstəqilliyin qorunub saxlanılması istiqamətindəki əvəzsiz xidmətlərindən, Azərbaycan dövlətinin siyasi, iqtisadi əsaslarını yaratmasından, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallaşdırmasından, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, onun gənc nəslə olan diqqət və qayğısından danışmışdır. Qeyd edilmişdir ki, Ümummilli lider hakimiyyətdə olduğu bütün dövrlərdə gənc nəslin hərtərəfli inkişafına xüsusi həssaslıqla yanaşmış, gənclərin vətənpərvər və dövlətçilik ruhunda formalaşması üçün əvəzsiz xidmətlər göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin bugün də uğurla davam və inkişaf etdirildiyi vurğulanmışdır.
    Digər çıxış edənlər Ümummilli lider Heydər Əliyev fəaliyyətinin daim xalqın, dövlətin mənafeyinə xidmət etdiyini vurğulamış, onun Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda etdiyi fədakarlıqlardan, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması istiqamətində gördüyü əvəzsiz xidmətlərdən danışmışlar.
Sabaha-inamla.az

















Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər