Bütün xəbərlər
Putinə Rusiyanın ən yaxşı turizm marşrutlarının əks olunduğu kitab hədiyyə edib
Tarix: 10-02-2023 12:13 | Bölmə: Sosial

Vladimir Putin Kremldə Strateji Təşəbbüslər Agentliyinin (ASİ) baş direktoru Svetlana Çupşeva ilə işgüzar görüş keçirib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Svetlana Çupşeva Vladimir Putinə Rusiyanın ən yaxşı turizm marşrutlarının əks olunduğu kitab hədiyyə edib.
"Biz turizm marşrutları ilə məşğul olan sahibkarlar arasında ən yaxşı təəssürat marşrutları üçün müsabiqə başlatdıq. Mən sizə belə bir bələdçi vermək istəyirəm. Bunlar ən yaxşısıdır, 30 marşrut seçilib, Vladimir Vladimiroviç, heyrətamizdir. Heyrətamiz komandalar.Heyrətamiz marşrutlar maraqlıdır. Hansı ki, artıq ölkəmizin turizm marşrutlarına daxildir”, - ASİ rəhbəri görüşdə bildirib.
Bundan əlavə, o, Rusiya Federasiyasının Prezidentinə Rusiya müəssisələrinin turistlər üçün qapılarını açdığı Açıq Sənaye layihəsi haqqında məlumat verdi. Çupşeva qeyd edib ki, 400 müəssisə ilk dəfə olaraq turlar üçün açılıb. Belə ki, keçən il Sayano-Şuşenskaya SES, Vostoçnı kosmodromu, Qazprom, Sibur, Norilsk Nikel və Çelyabinsk Boru Prokat Zavodunun obyektləri turistlərin istifadəsinə verildi.
"Mən dedim ki, mən hər yerdə olmuşam. İndi bu kitaba baxıram, başa düşdüm ki, mən hələ hər yerdə deyiləm", - Vladimir Putin öz növbəsində qeyd edib.


Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər