Bütün xəbərlər
Sumqayıtda “Gənc İxtiraçılar Laboratoriyası” layihəsinə start verildi
Tarix: 07-02-2023 16:03 | Bölmə: Sosial


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt Tələbələri İctimai Birliyi tərəfindən Gənclər Fondunun XVI qrant müsabiqəsi çərçivəsində "Gənc İxtiraçılar Laboratoriyası” layihəsinin açılış mərasimi və eyni zamanda birinci təlim keçirilmişdir.
07 fevral 2023-ci il tarixində Sumqayıt Gənclər Evində keçirilən ilk təlimdə iştirakçıları salamlayan Sumqayıt Tələbələri İctimai Birliyinin idarə heyətinin üzvü Həsən Xıdırov, layihə rəhbəri Ceyhun Hüseynov çıxışında ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, Gənclər Fondunun və İctimai Birliyin fəaliyyətindən danışmışlar. Bildirildi ki, Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən "Gənc İxtiraçılar Laboratoriyası” layihəsinin məqsədi  İKT mühəndisliyi sahəsəinə həvəsi olan şagird və tələbələrdən ibarət laborotoriya yaratmaq, robot texnologiyaları, dizayn, kodlaşdırma sahələrinə marağoyatmaq, bu sahədə təhsillərini davam etdirmək,gələcəkdə karyera və ixtisas seçimləriində yardım göstərməkdir.
Bildirildi ki, layihə çərçivəsində ümumilikdə 150 nəfər iştirakçı olmaqla 5 təlimin keçirilməsi nəzərdə tutulub.
Daha sonra beynəlxalq dərəcəli təlimçi Ramil Süleymanov tərəfindən innovasiya və ixtiraçılıq, mühəndislik və kod tədrisi, İKT sahəsində mühəndislik bacarıqları, müasir texnoloji ixtiraçılıq istiqamətində biliklər iştirakçılara çatdırılmış, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
Qeyd edək ki, birinci təlimdə 30 gənc iştirak etmiş və onlara sertifikatlar təqdim edilmişdir.
Sabaha-inamla.az










Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər