Bütün xəbərlər
İlahiyyat İnstitutunun “Din sosisologiyası” dərsliyi nəşr olunub
Tarix: 02-02-2023 23:52 | Bölmə: Sosial


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərovun “Din sosiologiyası” adlı kitabı nəşr olunub.
Sabaha-inamla.az xəbər verir ki, dərslikdə din sosiologiyasının müstəqil elm kimi təşəkkül tarixi, din sosiologiyasının predmeti və metodologiyası, habelə dinin sosioloji nəzəriyyəsinin aktual problemlərindən bəhs edilir. Eyni zamanda, dərslikdə ictimai bir institut kimi din-cəmiyyət münasibətləri, dinin mahiyyəti və funksiyaları, din və modernizasiya prosesi, müasir cəmiyyətdə dinin yeri, sekulyarizasiya problemi və s. ilə bağlı konseptual yanaşmalar haqqında ətraflı məlumat verilir.
Dərslik elmi tədqiqatçılar, sosioloqlar, dinşünaslar, ali məktəb müəllimləri, tələbələr, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən tərcümə olunan əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

Sabaha-inamla.az


Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər