Bütün xəbərlər
" Susma,səsini eşitdir " layihəsi çərçivəsində ilk tədbir Nardaran qəsəbəsində keçirildi
Tarix: 25-01-2023 22:15 | Bölmə: Sosial

25.01.2023-cü il tarixdə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Nardaran Mədəniyyət Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində Nardaran qəsəbəsində yerləşən 295 və 130 nömrəli tam orta məktəblər və Bilgəh qəsəbəsində yerləşən 142 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə tədbir keçirildi.
Tədbir ilk olaraq məktəblilərin mövzu ətrafında hazırladıqları rəsm əsərləri və divar qəzetlərinə baxış ilə başlandı. Daha sonra məktəblilər məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma halları, qohumlar arasındakı nikah və onların fəsadları mövzuları ətrafında hazırladıqları videoçarx və səhnəcikləri nümayiş etdirdilər, şeir və mahnılar səsləndirdilər.
Daha sonra 142 nömrəli tam orta məktəbin şagirdlərinə Fəxri Fərmanlar və hədiyyələr təqdim olundu.

Sabaha-inamla.az







Baxış sayı: 238


Bölməyə aid digər xəbərlər