Bütün xəbərlər
"DOXA": SƏTƏM müəllimi sosial media şərhlərinə görə işdən çıxarıb
Tarix: 28-12-2022 14:12 | Bölmə: Sosial


"DOXA" nəşrin sərəncamında olan əmrə istinadən yazır ki, SƏTƏM müəllim İlya İnişevi “Facebook”da müharibə əleyhinə açıqlamalarına görə (Rusiya Federasiyasında sosial şəbəkənin fəaliyyəti qadağandır) işdən çıxarıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,jurnalın yazdığına görə, universitet işçinin əməlini “əxlaqsızlıq” və “işin davam etdirilməsi ilə bir araya sığmayan” hesab edir.
Jurnalın məlumatına görə, İnişevin nəşri barədə universitet rəhbərliyinə Kulturologiya fakültəsinin dosenti məlumat verib.
"DOXA" onu da yazır ki, həmin gün universitetin Perm filialı dosent Dinara Qaqarinanı işdən çıxarıb. Nəşr müharibə əleyhinə bəyanatların da səbəb olduğunu iddia edir.
"DOXA"-nın məlumatına görə, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri ən azı 25 müəllim Rusiya universitetlərindən qovulub və ya istefa verib.


Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər