Bütün xəbərlər
Sumqayıtda məktəblilər arasında bədii qiraət müsabiqəsi keçirildi
Tarix: 12-12-2022 23:29 | Bölmə: Sosial

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 09 dekabr 2022-ci il tarixində Kitabxananın oxu zalında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Əbədiyaşar lider” adlı bədii qiraət müsabiqəsi keçirilmişdir.
     Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən Sabaha-inamla.az-a verilən məlumata görə  müsabiqədə görkəmli şairlərin Ulu öndər Heydər Əliyev haqqında yazdıqları dərin və məzmunlu şeirlər yeniyetmə və gənclər tərəfindən səsləndirilmişdir.
Sonda münsiflər heyətinin qərarına əsasən Əkbərli Nərgiz I, Bayramlı Leyla II, Səfərli Humay isə III yerlərə layiq görülmüşlər.
Qaliblərə Baş İdarənin fəxri fərman və hədiyyələri təqdim edilmişdir.
Sabaha-inamla.az








Baxış sayı: 222


Bölməyə aid digər xəbərlər