Bütün xəbərlər
Sumqayıtda Konstitusiya gününə həsr edilmiş test müsabiqəsi keçirildi
Tarix: 13-11-2022 12:39 | Bölmə: Sosial

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, 1 və 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzlərinin birgə təşkilatçılığı ilə 11 noyabr 2022-ci il tarixində Heydər Əliyev Mərkəzində “12 noyabr–Konstitusiya günü”nə həsr edilmiş test müsabiqəsi keçirilmişdir.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsind'n Sabaha-inamla.az-a verilən məlumata görə müsabiqənin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2015-2025-ci illərdə” İnkişaf Strategiyasından irəli gələn məsələlərin həlli, gənclərin konstitusiyon hüquqları ilə bağlı bilik səviyyəsinin artırılması,vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi,qanunvericiliklə əlaqədar zehni inkişafının stimullaşdırılması və asudə vaxtlarının səmərəli təşkilində yeni üsullar tətbiq etməkdir.
 vMüsabiqənin nəticəsinə əsasən Şirinova Fatma, Muradova Nərmin, Abbasova Nigar müvafiq olaraq I, II və III yerləri tutmuşlar.
Qaliblərə Baş İdarənin fəxri fərman və hədiyyələri təqdim edilmişdir.
Sabaha-inamla.az







Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər