19:13 / 10-09-2026
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
19:03 / 10-09-2026
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
18:58 / 10-09-2026
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
18:50 / 10-09-2026
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
18:47 / 10-09-2026
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
18:43 / 10-09-2026
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
18:38 / 10-09-2026
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
18:35 / 10-09-2026
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
18:33 / 10-09-2026
Yanğından uşağı xilas edən bir kişi hadisənin təfərrüatlarını paylaşıb
18:30 / 10-09-2026
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
17:47 / 10-09-2026
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
17:43 / 10-09-2026
Bir ovçu, insanların ayıları özləri təhrik etdiyini bildirdi
17:40 / 10-09-2026
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
17:37 / 10-09-2026
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
17:33 / 10-09-2026
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
11:02 / 10-09-2026
FSB Britaniya səfirliyinin təhlükəsizlik xidmətində çalışan Rusiya vətəndaşının həbsini göstərdi
10:56 / 10-09-2026
UAC Hindistana 100-dən çox "Il-114-300" təyyarəsi çatdıracaq
10:52 / 10-09-2026
ABŞ Nepal kimi bir fəlakətlə üzləşir
10:48 / 10-09-2026
Çayda cəsədi tapılan kişinin şəxsiyyəti müəyyən edilib
10:44 / 10-09-2026
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
10:33 / 10-09-2026
Rusiya ordusu Kiyevdəki logistika nəqliyyat qurğusuna zərbə endirdi
10:29 / 10-09-2026
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
15:41 / 09-09-2026
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
15:36 / 09-09-2026
Milli parkda itkin düşən turist ölü tapılıb
15:33 / 09-09-2026
Güclü yağışlar səbəbindən 2 milyon insan təxliyə olunur
15:30 / 09-09-2026
Dağlarda uçqun nəticəsində ölənlərin sayı 13-ə çatıb
15:26 / 09-09-2026
İki qadının restoranda qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
15:23 / 09-09-2026
Xidmət avtomobilini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
15:16 / 09-09-2026
Şimali Koreya əsgərləri bir ay ərzində Cənubi Koreya ilə sərhədi 20 dəfədən çox keçiblər
15:13 / 09-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Norveç tərəfindən həbs edilən gəminin demək olar ki, bütün heyəti və sərnişinləri evə qayıdıb
15:11 / 09-09-2026
Fransa Baş naziri nazirlərin maaşlarını azaltmaq istəyir
15:08 / 09-09-2026
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
14:44 / 09-09-2026
Bədən tərbiyəsi dərsi zamanı məktəbli ölüb
14:41 / 09-09-2026
Almaniya Xarici İşlər Nazirliyi Avropanın Rusiya ilə sülh mövzusunda dialoqa hazır olduğunu açıqladı
14:33 / 09-09-2026
"Yak-130M" idarə olunan bombalar, hava-hava raketləri və toplar aldı
14:29 / 09-09-2026
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
Türk dünyasının Azərbaycanı...-Əkbər QOŞALI
Tarix: 31-10-2022 13:37 | Bölmə: Sosial

Azərbaycanın oktyabrı...
Şuşa İlinin 10-cu ayının son günündəyik. Bu ay Azərbaycanın Türk dünyasındakı önəmli yeri və rolunu dəyərləndirmək baxımından özunəxas gözəlliklərə, özəlliklərə (tarixə və üfüqə!) malikdir. Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Şurası/Türk Keneşi - indiki Türk Dövlətləri Təşkilatlı) yaradılması 03 oktyabr 2009-cu ildə qədim Naxçıvan şəhərində qərarlaşdırılıb. Türk Şurasının 10 illik yubileyinə təvafüq edən VII Zirvə Görüşü 2019-cu il, oktyabrın 15-də paytaxt Bakıda keçirilib.
"Turana qılıncdan daha kəskin ulu quvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət" deyən ulu Cavid oktyabrda dünyaya gəlib. 140 illik yubileyi bu il kecirilən Hüseyn Cavidin yalnız özu deyil, ailəsi də bu ayda özəl olaraq anılır - oktyabra "Cavidlər ayı" da deyilir: 24 oktyabr 1882-ci il Turan ülkülü Hüseyn Cavid özü,
22 oktyabr 1919-cu ildə oğlu Ərtoğrul, 02 oktyabr 1923-cü ildə isə qızı Turan dünyaya gəlib...
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə Hüseyn Cavidin nəşinin Sibirdə axtarılıb tapılması, respublikamıza gətirilməsi və Naxçıvanda dəfni də məhz bu ayda baş tutub...
Və qüdrətli qardaşımız Türkiyə Cümhuriyyətinin quruluşu 99 il öncə, 29 oktyabrda baş tutub.
Bəs bu il?
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qardaş Qırğız Respublikasına ilk dövlət səfəri (11-12 oktyabr 2022), qardaş Qazaxıstana işgüzar səfəri (12-14 oktyabr 2022),
qardaş Türkiyə Prezidentinin Zəngilan Hava limanının açılışında iştirakı, Cəbrayılda rəsmi qarşılanma törəni (20 oktyabr 2022),
Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyevin Azərbaycan Prezidenti tərəfindən təltifi və qəbulu (21 oktyabr 2022)... bu ilin, bu ayın payına düşür. - Bunlar sadə statistika deyil - hər səfər, hər görüş bir ayri hadisəydi. Hər səfər, hər görüş Azərbaycan Prezidentinin tarixi ismarıcları ilə ayrı bir dərinlik və üfüq qazandı. Bu sözlərimizi Prezidentin Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşdəki nitqindən sitatla təsdiq edə bilərik: "sizin sədrliyiniz dövründə bu qurum təşkilata çevrilib, öz adını dəyişib. Buna görə əminəm ki, bu, təkcə adın dəyişməsi deyil, həm də inkişaf vektorunun dəyişməsidir. Ona görə ki, mənim fikrimcə, bizim təşkilatın üzvləri olan bütün ölkələrdə birliyi möhkəmləndirməyin zəruri olmasını başa düşürlər.
Siz bilirsiniz ki, mən bizim təşkilat çərçivəsində, həmçinin ikitərəfli formatda əməkdaşlığa həmişə çox diqqətlə yanaşmışam. Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, hətta mənim səfərlərimin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar.
Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Mən əminəm ki, qarşıdakı Səmərqənd Zirvə Görüşü bizim birliyimizi bir daha təsdiq edəcək. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik. Hesab edirəm ki, bu halda gələcək illərdə qarşılıqlı siyasi fəaliyyətlə bərabər, təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biri olacaq.
Dünya dəyişir, o, artıq dəyişib, buna görə yeni təhdidlər və yeni çağırışlar, necə deyərlər, artıq qapını döyür. Buna görə, düşünürəm ki, iqtisadi əməkdaşlıqla bərabər, nəqliyyat, humanitar və başqa sahələrdə əməkdaşlıq prioritetlərdən biri olacaq. Öz tərəfimdən demək istəyirəm ki, Azərbaycan Türk dünyasının birliyini möhkəmləndirmək üçün bundan sonra da nə mümkündürsə edəcək. Bu, əcdadlarımızın böyük irsidir. Təəssüf ki, tarixin müxtəlif mərhələlərində Türk dünyası fraqmentləşdirilib və hələ indi də bizim diqqətimizi və sıx birgə siyasətimizi tələb edən məsələlər mövcuddur. Lakin Türk dünyası dövlətləri milli dövlətlər çərçivəsində artıq birləşiblər.
Əlbəttə, Türk dünyası Türk Dövlətləri Təşkilatının üzvləri olan milli dövlətlərin sərhədlərindən qat-qat genişdir. Buna görə də əminəm ki, bizim humanitar əlaqələrimizə, insanlar arasında, geniş dünya coğrafiyasında yaşayan türkdilli xalqların nümayəndələri ilə əlaqələrə gələcəkdə də ehtiyac olacaq. Hər halda, Azərbaycanda öz tərəfimizdən bizim təşkilatımıza daxil olan ölkələrin birliyini möhkəmləndirmək üçün hər şeyi edəcəyik, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik". - Bu sözlərin əvəzi yoxdur! Əvəzi yoxdur bu ismarıcların! Bu sözləri yeni Yol xəritəsi kimi də qəbul etmək olar. Yeni amma ənənəyə söykənən, irsə dayanan və üfüqötəsinə boylanan!.. Qazi Mustafa Kamal Paşa Atatürk necə deyirdi? - "Yüksəl, Türk, yüksəl! Sənin üçün yüksəlmənin hüdudu yoxdur. Üfüqə yetmək azdır, üfüqötəsinə yetmən lazım"!
Bəli, Şuşa İlinin 10-cu ayının son günündəyik. Bu ayda Türk dünyası adına bir sıra başqa önəmli tədbirlər, səfər və görüşlər də oldu. Onladan biri Qazaxıstanda - Türk dünyasının Mənəvi paytaxtı Türküstan şəhərində keçirilən
“Türk Dünyasının 2040 vizyonu” seminarıydı.
Türk dünyasının 2040-cı il hədəflərini, baxışını ifadə edəcək önəmli addımları müəyyənləşdirmək üçün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin alimləri, araşdırmaçı yazarları, ictmai xadimlər, QHT və KİV təmsilçiləri 22-23 oktyabrda Xoca Əhməd Yəsəvi adına Uluslararası Türk-Qazax Universitetində bir araya gəldi.
Bu sətirlərin yazarı seminarın Ədəbiyyat və İncəsənət sessiyasında çıxış etdi. Daha 8 sessiya (Tarix, Siyasi-Beynəlxalq münasibətlər, Enerji, İqtisadiyyat, Hüquq, Səhiyyə, Dil, Turizm) üzrə də Azərbaycan təmsilçiləri yaddaqalan çıxışlar etdi.
Türk Dünyasının 2040 hədəflərinə dair baxışların bölüşüldüyu seminarda Azərbaycan ədəbiyyatşünaslarının ünlü “Ortaq keçmişdən ortaq gələcəyə” kəlamının işığı təcalla etdi.
Seminarda iştirak edən qardaş ölkə aydınları ilə, o cümlədən universitetdə təhsil alan Azərbaycanlı tələbələr və b. ilə yaddaqalan görüşlər, qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi oldu.
Seminar Türk Dövlətləri Təşkilatı, Türkiyə Mədəniyyət-Turizm Nazirliyi, Türkiyə Cümhuriyyətinin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Türk Tarix Qurumu, Əhməd Yəsəvi Universiteti və TİKA-nın dəstəyi ilə keçirildi.
Türküstan seminarında irəli sürülmüş önəmli təkliflər Türk Dövlətləri Təşkilatının gələn ay Səmərqənddə keçiriləcək növbəti Zirvə Toplantısına təqdim olunacaq.
***
Oktyabrın son günü - bu gün Soçidə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası rəhbərlərinin növbəti üçtərəfli görüşü olacaq.
Dünən Xankəndinə Ermənistandan avtobuslarla daşınmış ermənilərin hesabına "əzəmətli" mitinq keçirilib.
Məlum Valday konfransinda Putin ABŞ-ın Qarabağ üzərində suverenliyini dəstəklədiyini vurğulayaraq, Ermənistan ictimai fikrinə "göndərmə"də bulundu. Nəymiş, əfəndim, bəs deməzsənmi, Rusiya ABŞ-dan fərqli olaraq, Qarabağın özünəməxsus xüsusiyyətlərinin (və bu xüsusiyyətlərin peşində) olduğunu diqqətə çatdırır. -
Əgər erməni xalqı və Ermənistan siyasi-hərbi rəhbərliyi hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var, həmin özünəməxsusluq nəzərə alınmalı, Sülh Anlaşmsında müzakirə edilməlidir. Bəs o zaman "Qarabağı istəyirsinizsə, Vaşinqton yox, Moskva sənədini seçməlisiniz. - Kremlin, Putinin mövqeyi budur və əlbəttə, biz bu mövqeni qətiyyən qəbul etmirik. Qarabağ özünəməxsusdur -o, Öz Azərbaycandır! Özü olmayanlar, beynəlxalq hüquqa sayğısı olmayanlar məhz öz işləri ilə məşğul olsa, daha ləyaqətli olardı. #QarabağAzərbaycandır! #DəmirYumruq da öz #yerindədir!
Biz İranın "Arazkeçmə" hərbi təlimləri, Qafanda konsulluq açma və s. metodlarla verdiyi ismarıcları da qəbul etmirik. İran ağıllı olmasa, dəliyə dönəcək...
Rusiya və İrandan gələn bu "zəhərli oktyabr ismarıcları"nın daha biri Fransadan - Makrondan gəlmiş və təbii, o da cavabını almıdı.
Bu ziyanlı üçlüyü bu gözəl ayla bağlı yazıda niyə xatırladım? - Demək istəyirəm ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçısı olduğu dövlətə -
"Şuşa Bəyannaməli", Türkiyə qardaşlı, Türk Dövlətləri Təşkilatlı Azərbaycana heç kim heç nə diqtə edə bilməyəcək! Görəcəksiz!
Bu ayın son günundən gələn aya - #Zəfər ayına salamlar olsun! Hər şey gözəl olacaq!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Baxış sayı: 406
Bölməyə aid digər xəbərlər

10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi
3-09-2026, 17:54
Xəsarət alan tələbəyə tibbi yardımın göstərilməsini izləyir
3-09-2026, 13:13
Ayı hücumundan möcüzəvi şəkildə xilas olub
3-09-2026, 13:10
Putin pələnglə görüşünü bəyan edib
1-09-2026, 22:06
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
1-09-2026, 20:10
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi
30-08-2026, 17:57
SSRİ Hərbi Dəniz Qüvvələrinin son naziri vəfat edib
30-08-2026, 17:51
Peskov yeni Volqa alacağını etiraf etdi
30-08-2026, 17:10
Moskvanın mərkəzinə yağış yağacaq
27-08-2026, 20:16
Turist dağlarda azıb
27-08-2026, 20:02
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
27-08-2026, 18:34
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
27-08-2026, 18:07
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
27-08-2026, 13:19
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
26-08-2026, 19:16
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
26-08-2026, 18:00
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
26-08-2026, 17:20
"Qaçmalısan, əks halda işlər pis olacaq": Ayıdan necə qaçdığını danışır
26-08-2026, 17:10
Qaynaq sexində yanğın baş verib
26-08-2026, 09:43
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib
25-08-2026, 19:59
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
25-08-2026, 19:31
Radiasiyadan quş ölümləri ilə bağlı məlumatları təkzib edir
24-08-2026, 17:39
Kotlet və mantılarda salmonella aşkar edilib
23-08-2026, 19:04
Bir turist Vyetnamda duş qəbul edərkən göbələk infeksiyasına yoluxub
23-08-2026, 18:44
Direktor araba sürərkən hündürlükdən yıxılıb
22-08-2026, 16:54
Könül Nurullayeva vətəndaşlarla görüşüb
22-08-2026, 16:28
Dənizdə boğulduğu deyilən 5 uşaq atasının xaricə getdiyi ortaya çıxdı
22-08-2026, 16:23
Teymur Musayevlə Əhməd İsmayılov Nurani ilə vida mərasimində - Fotolar
20-08-2026, 19:49
Prokurorluq Təhsil Şöbəsinin müdirinin işdən çıxarılması ilə bağlı qərar qəbul edib
19-08-2026, 08:19
Tibb bacıları yeni vəzifələrə uyğun olacaqlar
14-08-2026, 23:56
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
14-08-2026, 17:48
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
14-08-2026, 17:28
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
12-08-2026, 10:42
Bir neçə nəfər fast food restoranında zəhərlənib