Bütün xəbərlər
Deputat şəhidin xəstəxanada yatan anasını ziyarət edib
Tarix: 27-10-2022 23:24 | Bölmə: Sosial


Bu gün Milli Məclisin deputatı Fatma Yıldırım 44 günlük Vətən müharibəsinin şəhidi, qəhrəmanımız Mehman Quluyevin anası, Bərdə sakini Müşginaz xanımı M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ziyarət edib.
Sabaha-inamla.az xəbər verir ki, bu barədə deputat özü sosial şəbəkdə yazıb:"Ziyarət zamanı qəhrəman anamızın səhhəti ilə maraqlandım. Hal-hazırda Müşginaz xanımın vəziyyəti stabildir, müalicəsi davam edir, tezliklə tibb ocağından evə buraxılacaq. Müşginaz xanım bizlərə qəhrəman şəhidimiz Mehmanın əmanətidir, onun sağlamlığa qovuşması üçün əlimizdən gələni əsirgəməməliyik.
Şəhid Mehmanın anasına göstərdikləri diqqətə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının rəhbərliyinə, doktor Arifə xanıma və klinikanın bütün işçi heyətinə göstərdikləri qayğıya görə dərin minnətdarlığımızı bildiririk. Müşginaz xanıma Allahdan şəfa diləyirəm və tezliklə sağlamlığına qovuşmasını arzu edirəm!"


Baxış sayı: 187


Bölməyə aid digər xəbərlər