Bütün xəbərlər
Rəşad Mahmudov :"Sənətkarımızın ürəyinə toxunmaq bizim üçün həm şərəfli və həm də çox həyəcanlı idi..."
Tarix: 26-10-2022 21:32 | Bölmə: Sosial



    Milli Məclisin deputatı Rəşad Mahmudov işlədiyi xəstəxanaya ağır vəziyyətdə gətirilən xalq artisti Ağacəbrayıl Abasəliyevi kəskin infarktla ürək əməliyyatına almaq məcburiyyətində qalıb. Sabaha-inamla.az bu barədə yazan deputatın yazıısnı diqqətə çatdırır:

"Keçən həftəmizin ən çətin və məsuliyyətli hadisəsi, xəstəxanamıza çox ağır vəziyyətdə gətirilən, kəskin infarktla əməliyyata almaq məcburiyyətində qaldığımız dəyərli sənətkar, hamımızın sevimlisi, respublikamızın xalq artisti Ağacəbrayıl Abasəliyevin ürək əməliyyatı oldu. Uzun illər xalqımızın qəlbini və ruhunu mənəvi müalicə edən sənətkarımızın ürəyinə toxunmaq bizim üçün həm şərəfli və həm də çox həyəcanlı idi...
   Allahdan bütün xəstələrə şəfa diləyirik".
P.S. Bugünkü şəklimizi sizinlə paylaşıram.

Sabaha-inamla.az



Baxış sayı: 192


Bölməyə aid digər xəbərlər