Bütün xəbərlər
Əziz Ələkbərli:"İsa müəllimi yaxından taıyanlar bilirlər ki, o, bütün ömrünü Azərbaycan elminin inkişafına, elmi kadrların yetişməsinə sərf edib"
Tarix: 26-10-2022 23:59 | Bölmə: Sosial


Milli Məclisin deputatı Əziz Ələkbərli Milli Məclisin deputatı İsa Həbibbəylinin AMEA prezidenti seçilməsindən yazıb. O bu seçimi uğurlu hesab edib.Və qeyd edib ki,o, bütün ömrünü Azərbaycan elminin inkişafına, elmi kadrların yetişməsinə sərf edib.
Sabaha-inamla.az həmin yazını oxucuların nəzərinə çatdırır:
"Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında akademik, Milli Məclisin deputatı İsa Həbibbəylinin AMEA prezidenti seçilməsini kifayət qədər uğurlu seçim hesab edir, hörmətli həmkarımızı ürəkdən təbrik edirəm. İsa müəllimi yaxından taıyanlar bilirlər ki, o, bütün ömrünü Azərbaycan elminin inkişafına, elmi kadrların yetişməsinə sərf edib. Milli Elmlər Akademiyasının vitse-prezidenti və Ədəbiyyat İnstitutunun direktoru kimi, saysız-hesabsız uğurlara imza atıb. İsa müəllim milli, dövlətə və dövlətçiliyə sədaqətli bir alim kimi, uzun illər Azərbaycan elmini beynəlxalq kürsülərdə də ləyaqətlə təmsil edib. Millətimiz və elmimiz üçün xeyirli-uğurlu olsun!"
Sabaha-inamla.az


Baxış sayı: 184


Bölməyə aid digər xəbərlər