22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib
Tarix: 25-10-2022 12:30 | Bölmə: Sosial


     Oktyabrın 25-də Azərbaycan  Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.
Tədbirdə AMEA-nın prezidenti vəzifəsinə seçki keçirilib.
    Sabaha-inamla.az xəbər verir ki, Akademik Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə akademik İsa Həbibbəylinin namizədliyini təklif edib.
     AMEA prezidentliyinə namizədlə bağlı akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Zemfira Səfərova, Kamal Abdullayev və AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək akademik İsa Həbibbəylinin zəngin elmi-təşkilati fəaliyyəti, elm və təhsilin intreqrasiyası və inkişafı sahəsində bu günə qədər gördüyü işlər və şəxsi məziyyətləri barədə fikirlərini bildirib, onun namizədliyini dəstəkləyiblər.
     Daha sonra AMEA-nın prezidenti vəzifəsinə gizli səsvermə yolu ilə seçki keçirilib. Səsvermənin keçirilməsi üçün akademik Fəxrəddin Qədirovun sədrliyi, akademiklər – Nərgiz Axundova, Telman Əliyev, İsmayıl Hacıyev və Nazim Məmmədovun üzvlüyündən ibarət hesablayıcı komissiya yaradılıb.
     Daha sonra akademik Fəxrəddin Qədirov səsvermənin nəticələrini açıqlayıb.
Səsvermənin nəticəsinə əsasən, akademik İsa Həbibbəyli yekdilliklə AMEA-nın yeni prezidenti seçilib.
Sabaha-inamla.az




Baxış sayı: 261


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu