Bütün xəbərlər
“Akıncı” PUA-larının istismarı kursunu bitirən hərbçilərimiz təltif olundular - Fotolar
Tarix: 22-10-2022 03:47 | Bölmə: Sosial

                     “Akıncı” PUA-larının istismarı kursunu bitirən hərbçilərimiz təltif olundular


Türkiyənin Tekirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində Baykar şirkəti tərəfindən təşkil edilmiş "AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu"nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. 
Buraxılış mərasimində Türkiyə Baykar müdafiə sənayesi şirkətinin idarə heyətinin sədri Selçuk Bayraktar da iştirak edib. 
Kursun məzunlarına öz səmimi arzularını çatdıran Selçuk Bayraktar gənclərin texnologiya və innovasiya istiqamətində özlərini inkişaf etdirməsinin əhəmiyyətindən danışıb.
Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən Türkiyə, Azərbaycan və Pakistan Respublikalarını təmsil edən məzunlara sertifikatlar təqdim edilib. 










Baxış sayı: 190


Bölməyə aid digər xəbərlər