Bütün xəbərlər
Lökbatanda Vətən müharibəsinin şəhidləri anıldı - Fotolar
Tarix: 22-10-2022 03:14 | Bölmə: Sosial

                      Lökbatanda Vətən müharibəsinin şəhidləri anıldı



44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Rəsulov Teymur və Fərziyev Saməddinin anım mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şəhidlərin ailə üzvləri, yaxınları, qazilər, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
 Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb.










Baxış sayı: 219


Bölməyə aid digər xəbərlər