Bütün xəbərlər
II Zəfər Kuboku layihəsinin seçim turlarına yekun vuruldu
Tarix: 21-10-2022 23:14 | Bölmə: Sosial


     Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkədə ikinci dəfə olaraq şəhid və qazi övladları üçün intellektual oyunlar üzrə “Qalib Gəncliyimizin II Zəfər Kuboku” layihəsi keçirilir.
     Sentyabr ayından etibarən keçirilən İsmayıllı, Şəki və Oğuz şəhərlərinin gəncləri arasında təşkil edilən seçim turlarına yekun vurulmuşdur. Layihənin ilkin seçim turunda 30 komandanın iştirakı nəzərdə tutulsa da, regionda intellektual oyunlara marağın yüksək olması səbəbi ilə 60-dan artıq komanda finala vəsiqə uğrunda mübarizəyə qatılmışdır. Gərgin mübarizənin sonunda 15 komanda Mingəçevir şəhərində keçiriləcək finala vəsiqəni təmin etmişdir.
     Layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın 44 gün müddətində qazandığı zəfəri gənc nəsilə aşılamaq, qəhrəmanlarımızın keçdiyi şərəfli yolu intellekt yolu ilə gənclərimizə çatdırmaq, vətənpərvərlik hisslərinin geniş təbliği, ölkənin tarixini, coğrafiyasını, milli-mənəvi dəyərlərini öyrətmək və bu barədə biliklərin artırılmasından ibarətdir.
Qeyd edildiyi kimi, layihədə əsasən Vətən müharibəsinin iştirakçılarından ibarət komandalar yarışacaqdır. Layihənin final mərhələsində isə müxtəlif regionlardan ibarət 15-dən artıq komanda Zəfər Kuboku uğrunda mübarizə aparacaqdır. Layihədə 17-35 yaş arası vətəndaşlar iştirak edəcəklər. Qaliblərə isə təşkilatçılar tərəfindən xüsusi hədiyyələr təqdim ediləcəkdir.

Sabaha-inamla.az








Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər