22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Sumqayıtda “Şagird - Diksiya Klubu” layihəsi icra olunur
Tarix: 18-10-2022 19:40 | Bölmə: Sosial


    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olan, Nazirliyin maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilati dəstəyi ilə icra olunan “Şagird - Diksiyaklubu” layihəsi çərçivəsində 18oktyabr 2022-ci il tarixində Sumqayıt şəhər 35 saylı tam orta məktəbdə interaktiv seminarların praktiki məşğələsi keçirilmişdir.
     Məqsəd Azərbaycan dili, natiqlik sənəti haqqında gəncləri maarifləndirmək,ünsiyyət qurma, fikir çatdırma, özünüifadə vərdişlərinin formalaşmasına nail olmaq, intonasiya, mimika və jestlərin danışıqda istifadə qaydalarını mənimsətməkdir.
      Tədbirdə politoloq,gənc natiq Əli Miriyev tərəfindən natiqlik qabiliyyəti, nitq mədəniyyətinin önəmi, ifadəlilik bacarığı və aydın tələffüs üsulları mövzularında interaktiv treninq verilmişdir.
    Sonda şagirdlər arasında maraqlı qrup çalışmaları təşkil edilmiş, iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Sabaha-inamla.az








Baxış sayı: 257


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu