Bütün xəbərlər
Şəhid Abbasov Ruslanın anım mərasimi keçirilib
Tarix: 15-10-2022 19:41 | Bölmə: Sosial

                  Şəhid Abbasov Ruslanın anım mərasimi keçirilib



44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu Abbasov Ruslan Hikmət oğlunun anım mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra şəhidin ailələrinin üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə  minnətdarlıqlarını bildiriblər.







Baxış sayı: 194


Bölməyə aid digər xəbərlər